Bakı və Abşeron indi də susuz qaldı

Ötən gecə baş verən qəzaya görə sutəmizləyici qurğular sıradan çıxıb

Ötən gecə Mingəçevir Su Elektrik Stansiyasında baş verən qəza nəticəsində işıqsız qalan paytaxt sakinlərinin əksəriyyəti indi də su problemi ilə üzləşiblər.

Problemi jurnalist Tatyana Kruçkina araşdırıb.

Məlum olub ki, paytaxtın Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Sabunçu, Suraxanı, Xətai rayonları da daxil olmaqla, bir sıra yaşayış məntəqələri susuz qalıb. Həmçinin Xırdalan şəhəri də daxil olmaqla, Abşeron qəsəbəsinin bir sarə qəsəbələrinə su verilmir.

“Azərsu” ASC-nin mәtbuat xidmәtindən jurnalistə bildiriblər ki, dünәnki qәzaya görә hәm Kür, hәm dә Ceyranbatandakı sutәmizlәyici qurğular dayanıb: “Şәhәrdaxili nasoslar vә anbarların fәaliyyәti da dayandırılmışdı. Mәrhәlә-mәrhәlə bәrpa edirlәr. Kürdən Bakıya gələn xəttin dolması 12 saata qədər vaxt aparır. Ona görә dә bu gün su ilә problem yaşanacaq”.

 

Bastainfo.com