Ermənistanda səs-küylü həbslər

Ermənistanın keçmiş müdafiə naziri Mikael Aratunyan cinayət məsuliyyətinə cəlb edilib. Bu haqda Ermənsitan mətbuatı prokurorluğun xüsusi istintaq xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, Aratunyan 2008-ci ilin mart ayında Yerevanda keçirilən etiraz akiyasında nümayişçilərin öldürülməsinə görə görə ittiham edilir. 

İyulun 3-də Ermənistan parlamentinin ən böyük fraksiyalarından birinə rəhbərlik edən Qarik Tsarukyanın təhlükəsizlik xidmətinin rəhbəri Eduard Babayan da həbs edilib. Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 113-cü maddəsi ilə (qəsdən xəsarət yetirmək) ittiham irəlü sürülüb. 

Bu arada Ermənistan polisi Tsarukyanın özünün də məsuliyyətə cəlb oluna biləcəyi haqda açıqlama yayıb. Bildirilir ki, Tsarukyan iyulun 2-də Olimpiya komitəsinin binasında baş verən insident zamanı vətəndaşın döyülməsində şəxsən iştirak edib. Məlumata görə, hadisə iki nazirin gözü qarşısında baş verib.

Söhbət iyulun 2-də axşam saat 21:30 radələrində Qarik Tsarukyan, onun mühafizə xidmətinin rəhbəri Eduard Babayan və şəxsiyyəti hələlik açıqlanmayan 3-cü şəxs tərəfindən Olimpiya komitəsinin binasında 50-yaşlı kişinin döyülməsi və ona xəsarət yetirilməsindən gedir. 

Qeyd edək ki, “Tsarukyan Bloku” Ermənistanda keçirilməsi nəzərdə tutulan parlament seçkilərində baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” alyansının əsas rəqibi sayılır.

 

Bastainfo.com