Havalar sərinləşəcək

İyulun 5-dən Azərbaycanda havanın temperaturu enəcək.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva deyib. 

Onun sözlərinə görə, ölkə ərazisində havanın temperaturunun aşağı enməsi iyulun 8-nə kimi müşahidə ediləcək:

“Arabir güclənən şimal-qərb və şimal küləyi üstünlük təşkil edəcək. Hava sərin keçəcək”.

Umayra Tağıyeva qeyd edib ki, iyul ayının ikinci və üçüncü ongünlüyünün bəzi günlərində Azərbaycanda yenidən anomal istilər olacaq.