Arif Hacılı: “Hər bir türkün içində hayqıran bir boz qurd var. Odla oynamayın.”

Müsavat başqanı Arif Hacılı sosial şəbəkədə yayılan, üzərində işgəncə izləri olan kişi şəkillərinə münasibət bildirərkən belə deyib.

“Bu adam Gəncə icra başçısına atəş açan adam deyilsə:

– Bu adamın kim olduğu, bu şəkillərin kim tərəfindən, nə məqsədlə yayıldığını araşdırıb məlumat verin.

– İstintaq altındadır, heç bir işgəncəyə məruz qalmayıb dediyiniz adamı bizə göstərin.

Amma bu hadisədə nəsə bir milli söhbət də hallanır. 

Əgər işgəncə, başlıcası alçaltma şəkillərində məqsəd ” ibrəti- aləm” – dirsə bunu da bilin ki, hər bir türkün içində hayqıran bir boz qurd var. Odla oynamayın.”

Yazı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.

Bastainfo.com