Bakı Metropoliteni işini bərpa edib

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BBC News Azərbaycancaya Bakı Metropolitenin işini bərpa etdiyini deyib.

O bildirib ki, metronun işi bu gün saat 13:10-da bərpa olunub və hazırda metronun bütün istiqamətləri üzrə hərəkət normal qaydada davam etdirilir.

Metropolitenin işləməməsi səbəbindən Bakının ictimai nəqliyyatında sıxlıq yaşanmışdı.

İyulun 3-ü gecə saatlarında Mingəçevir İES-in altıncı blokunda qəza baş verib.Nəticədə ölkənin çox hissəsi bir neçə saat işıqsız qalıb. İşıqlar həmin gün ikinci dəfə kəsilib və nəticədə Bakı metropoliteni işıqsız qalıb.

Bəxtiyar Məmmədov bildirmişdi ki, “Elektrik enerjisinin dayanıqlılığı ilə bağlı narahatlıq olduğundan qatarlardan istifadəyə hələ ki, icazə verilmir”.

Bakı Nəqliyyat Agentliyi metronun işləməməsi ilə bağlı bütün avtobuslarda daşınmaların ödənişsiz olduğunu bildirmişdi.

“Təəssüf ki, əhali Mingəçevirdəki İES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı qayğıları yaşadığı bir zamanda Gəncədə cinayət hadisəsi baş verib”, Prezident Administrasiyasının məlumatında deyilir.

 

Bastainfo.com