Mingəçevir İES-də yenidən yanğın: FHN təsdiqlədi – Video

Bu gün sosial şəbəkələrdə Mingəçevirdəki İstilik Elektrostansiyasında (İES) yenidən yanğı olduğu barədə xəbərlər və bunu əks etdirən video paylaşılıb.

Fövqəladə Hallar Nazirliyi xəbəri təsdiqləyib.

Nazirliyin saytında bildirilir ki, “05.06.2018-ci il tarixdə saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olmuşdur. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatmışdır. Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanmışdır. Digər transformatorlar yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür”.

Belə görünür ki, ölkə başçısı İlham Əliyevin verdiyi sərəncam və keçirdiyi müşavirə Mingəçevirdə yaranan vəziyyətə təsir göstərməyib. Son iki gündə Azərbaycan istehlak olunan elektrik enerjisi Rusiya və Gürcüstandan alındığı üçün Mingəçevirdə baş verən yanğın işıqların sönməsi ilə nəticələnməyib.


 

Bastainfo.com