Azərbaycanlılar özlərinin ictimai müqavimət modelini yaradıblar

Subyektiv şərh

“Turan” agentliyinin bu məqaləsində razılaşmadığımız bir sıra subyektiv fikirlər yer alıb. Məsələn, Yunis Səfərova bütün gəncəlilərin qəhrəman kimi baxdığı, onun törətdiyi cinayətə bütün azərbaycanlıların eyni münasibət bəslədiyi haqda fikirlər mübahisəlidir. Eyni zamanda Qiyas İbrahim və Bayram Məmmədovun hüquqlarının müdafiə si məsələsində jurnalistlərin guya başqa ictimai qruplardan fərqli hansısa addımlar atdığı haqda iddianın nəyə əsaslandığı bilmək olmur. Həmçinin Heydər Əliyevin heykəlinə yazdıqları yazıya görə həbs olunan gənclərlə kriminal avtoritetlər arasında analogiya aparılmasının nə dərəcədə doğru olduğu da böyük sual doğurur. Bütün bunlara rəğmən,  mövzunun aktual olduğunu nəzərə alaraq, həmin məqaləni oxucularımıza təqdim etmək qərarına gəldik.

Basta

İcazəli mitinqə çıxmaq istəməyən xalq “qisasçı” arzusundadır

Belə məlum olur ki, xalq çoxdandır öz qisasçısını gözləyirmiş və budur, o gəldi – Yunis Səfərov. İyulun 3-də Gəncə şəhər rəhbərini və onu cangüdənini güllələyən şəxs. Azərbaycan mətbuatında və sosial şəbəkələrdə qan içində döşəmədə uzanmış və əlləri arxadan bağlanmış şəxsin fotolarını paylaşırlar. Onun yanında ayaq görünür, yəqin polis işçisinin ayağıdır. Döşəmədə sifəti qan içində olan şəxs Yunis Səfərovun pasportundakı fotoya bənzəyir. Fotokollajlar yayımlanır. Həmin fotokollajlarda Yunis şəhər başçısı Elmar Vəliyevə atəş açır. Sosial şəbəkələr Yunusin ünvanına təriflər, E.Vəliyevin isə ünvanına lənətlərlə doludur. Özünü gəncəli adlandırmaq dəbə mindi. Əslən ağdamlı olan jurnalist Asəf Quliyev FB-də “Mən gəncəliyəm” sözləri yazılmış lövhəcik yerləşdirib.

Gəncəlilər Yunisi öz qəhrəmanları hesab edirlər və onun aqibətinə acıyırlar, çünki ortada iki sui-qəsd var. Buna görə ömürlük həbs edə bilərlər.

http://www.xeberaz.az/index.php?newsid=42823

DİN mətbuat xidməti Y.Səfərovun polisdə döyülməsi barədə məlumatı təkzib edir və bildirir ki, paylaşılan fotolardakı şəxs E.Vəliyevə atəş açan adam deyil. Eyni zamanda polisdə döyülmüş Y.Səfərovun fotosunu kimin çəkərək şəbəkələrdə paylaşdığını da təsəvvür etmək çətindir.

Qan içində olan adamın fotosunu burada görmək olar: https://www.interpress.az/uploads/posts/2018-07/thumbs/1530718781_azad1.jpg

Pasportda və döşəmədəki şəxsin üzü çox oxşayır.

Çoxları istəsə də Y.Səfərovun müdafiəsilə bağlı açıq aksiyaya çıxa bilmir, imza toplanışı yoxdur, heç bir siyasi partiya onu müdafiə etmir. Deməli, halına acıyırlar və növbəti gün unudurlar, üstəlik əgər yenidən elekrik stansiyası partlasa və evlərdə su qurtarsa… Y.Səfərovu isə ömürlük olmasa da uzun illər cəhənnəm əzabı gözləyir.

Bundan öncəki “xalq qəhrəmanları” isə Bakıda Heydər Əliyevin abidəsinə şüar yazan gənclər idi. 2016-cı il mayın 12-də Bayram Məmmədov və Qiyas İbrahimov narkotik maddə saxladıqlarına görə həbs olunublar. İctimaiyyət Bayram və Qiyasa acıyırdı, həm də rəğbət bəsləyirdi, ancaq onların müdafiəsilə bağlı konkret heç bir addım atılmadı. Jurnalistlərdən başqa onların taleyilə kimsə maraqlanmadı.

Sonra 2016-cı ilin avqustunda İstanbulda öldürülmüş cinayətkar avtoritet Rövşən Lənkəranskini ölkənin cənub regionlarında “göylərə qaldırdılar”. Onun Lənkərandakı məzarı pir kimi ən mötəbər yerlərdən birinə çevrildi. Cənublular Rövşəni “ata” adlandırırdılar, onun yoxsullara təmənnasız yardımı barədə çoxsaylı əhvalatlar danışırdılar. Tədricən Rövşən unuduldu.

Yunis Səfərovla da belə olacaq.

Azərbaycanlılarda messioner-xilasedicilərə heyranlıq haradandır? Xalq məmurların müqavimətini aradan qaldırmaqdan yorulub. İndi ASAN Xidmət-də də uzun növbəyə dayanmaq lazımdır, çünki əhaliyə xidmət göstərilməsi ilə bağlı öhdəliklərin çoxunu dövlət onun üzərinə qoyub. Məmurlar isə həmişəki kimi işləyirlər, prezidentin portreti altında və vətəndaşları vecinə almadan. İctimai fəal Nata Katamadze deyir: “Xətai Rayon İcra Hakimiyyətində qəbulda idim. Şəhid bacısı məmurun qapını onun üzünə çırparaq getməsindən məyus olmuşdu. Çığıraraq deyirdi ki, əgər geri qayıtmasa və vətəndaşları qəbul etməyə davam etməsə buraları bombalayacaq… Camaat nə etməlidir? On görə də cəmiyyət sevimli qisasçılara acısa da xilas olmağa çalışır. Məhbuslara və ya döyülən Robin Qudlara acımağın onlara isti-soyuğu yoxdur, həbs olunanların qohumları vəkillərin əməyini özləri ödəyirlər. Hələ eşitmədim ki, xalq toplaşıb fəlakətə düçar olan ədalət uğrunda kortəbii mübarizin ailəsinə içində pul olan zərf versin.

Robin Qud olmaq rahatdır. Mitinq etmək lazım deyil, hətta kütləvi aksiyaya hakimiyyət icazə versə də, polis tərəfindən qorunsa da, yaxşı havada metroya yaxın yerdə keçirilsə də. Aparıcı siyasi partiyalar bu cür şəraitdə belə beş min mitinqçi çıxara bilmir. Axı belə hərəkətlər azərbaycanlı üçün çətindir – mitinqə gəlmək, seçkilərdə iştirak etmək, öz hüquqlarına əməl olunmasını tələb etmək. Bəs onda “xilasedicilər”in doğulub böyüyəcəyini gözləmək nəyə lazımdır? Polis məntəqəsində onu tapdalayanda yazığı gəlmək olar, ancaq açıq şəkildə onun müdafiəsinə qalxmaq lazım deyil? Çünki sonucda cinayət törədilib və o, buna görə cavab verməlidirmi? Bəli. Deməli, sübut edilmiş cinayətkara dəstəyə görə şəxsi xoşagəlməz hallarla üzləşmək nəyə lazım?

Azərbaycanlılar totalitar hakimiyyətə qarşı əlverişli ictimai müqavimət modeli yaradıblar. Hətta leqal ictimai aksiyalarda iştirakdan imtina edən xalq könüllünü irəli verir, sonra isə onun əziyyət çəkməsini və ölümünü məyusluqla müşahidə edir. Bu model hakimiyyəti tamamilə qane edir.

İyulun 3-də saat 20:30-da Gəncədə şəhər univermağının qarşısında şəhər sakini Yunis Səfərov Gəncə Şəhər İcta Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisinə atəş açıb. E.Vəliyev Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib, sonra Bakıya aparılıb. CM-in 29, 120.2.7 (iki və daha çox şəxsə qarşı sui-qəsd) və 228-ci (qanunsuz odlu silah gəzdirmə) maddələri ilə cinayət işi açılıb. Cinayətin motivi kimi ailənin və bacının şərəfinin qorunması göstərilir.

Turan