“Siyasi məhbuslara təzyiq var”- Hüquq müdafiəçisi həyacan təbili çalır

Siyasi məhbuslara qarşı hər zaman təzyiqlər var: Qiyas İbrahim, Bayram Məmmədov, İlkin Rüstəmzadə, İlqar Məmmədov, Abbas Hüseyn, Taleh Bağırzadə, Fikrət Fərəməzoğlu və digərləri.

Bu sözləri hüquq müdafiəçisi Samirə Ağayeva “Basta” ya yolladığı müraciətində deyir.

“Əziz dostlar və media nümayəndələri, Siyasi məhbuslara qarşı hər zaman təzyiqlər var: Qiyas İbrahim, Bayram Məmmədov, İlkin Rüstəmzadə, İlqar Məmmədov, Abbas Hüseyn, Taleh Bağırzadə, Fikrət Fərəməzoğlu və digərləri. Bu günlərdə 9 il müddətinə azadlıqdan məhrum edilən bloqqer Rəşad Ramazanov ciddi təhlükə ilə üz-üzədir. Rəşad Ramazanov 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Həyat yoldaşı Könül İsmayılova sosial şəbəkələrdə Rəşadın çətin durumu barədə dəfələrlə yazmışdır. O, qeyd edir ki, Rəşad ac-sussuz saxlanılır, mütəmadi olaraq karsa salınır və digər təzyiqlərlə üzləşir. O, Rəşadın həyatından ciddi narahatlığını bildirib. Dəfələrlə müəssisənin rəisi Şakir Qəniyevə rəsmi qaydada müraciət etsə də, ondan heç bir cavab almayıb. Qeyd edim ki, 2 saylı cəzaçəkmə müəssisəsində siyasi məhbuslardan Rəşad Ramazanov, İlqar Məmmədov, Qiyas İbrahim, Fikrət Fərəməzoğlu və Nicat Əliyev saxlanılır. Hörmətli media nümayəndələrindən çalışdıqları mətbu orqanlarında bu məsələnin diqqətdə saxlanmasını və sorğularla müraciət etmələlərini xahiş edirəm. Məhbuslardan narahatıq.” -Samirə Ağayeva müraciətində bildirir.

“Bu yaxınlarda məsələ ilə bağlı bir neçə tədbir görüləcək. Bu barədə mətbuata əlavə məlumat veriləcək.” -Samirə Ağayeva əlavə edib.

 

Bastainfo.com