“Basta”nın baş redaktoru Baş Prokurorluğa aparıldı

Müsavat Partiyası Mətbuat Xidmətinin rəhbəri, “Basta”nın baş redaktoru Mustafa Hacıbəyli partiyanın qərargahından Baş Prokurorluğa aparılıb.

Polis olduğunu bildirən mülki geyimlilər Müsavat Partiyasının qəraragahına gələrək bölməyə aparacaqlarını bildirsələr də, daha sonra Mustafa Hacıbəyli zəng edərək Baş Prokurorluqda olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə də, Mustafa Hacıbəyli dəfələrlə polis bölməsinə aparılıb, Baş Prokurorluqda dindirilib.

 

Bastainfo.com