Elmar Vəliyev iflic olub? – “Mərkəzi Klinika qəbul etməyib” – İDDİA

PressClub.Az xəbər verir ki, sosial şəbəkədə səs yazısı yayılan şəxs iddia edir ki, icra başçısını Gəncədə yolları bağlayaraq kortejlə aeroporta aparıblar. Oradan İsrailə aparacaqlar əməliyyat olunmaq üçün: “İsrail həkimləri tam sağaldacaqlarına söz verməyiblər. Bildiriblər ki, ən yaxşı halda iflic vəziyyətdə qalacaq”.

Səs yazısı yayılan şəxs daha sonra bildirib ki, Mərkəzi Klinika xəstəni qəbul etməkdən imtina edib. Səbəb isə beynin 45 faizinin işlək vəziyyətdə olmamasıdır. Vəziyyəti riksli olduğundan klinika başçını qəbul etməyib”.

Qeyd edək Elmar Vəliyevə edilən məlum sui-qəsddən sonra barəsində dəqiq məlumat verilmir. Sadəcə, qardaşı yaxşı olduğunu deyib. Qudası, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun Türkiyədən gətirdiyi həkim tərəfindən əməliyyat edildiyi, vəziyyətinin stabil olduğu da mediada əksini tapan xəbərlər sırasında idi.

Elmar Vəliyevlə birlikdə vurulan cangüdəni Qasım Aşbazovun isə vəziyyətinin yaxşılığa doğru getdiyi bildirilir.