Erdoğanın andiçməsi ərəfəsində kütləvi həbslər

Türkiyədə prezident Erdoğanın andiçməsi ərəfəsində iki il əvvəl baş verən dövlət çevrilişinin törətdiyi təxribata görə iyulun 8-də daha 18 min dövlət işçisi vəzifəsindən uzaqlaşdırılıb, 148 işçi isə işinə qaytarılıb.

Ali təhsil müəssisələrindən 200 təhsil, 50 idarə işçisi vəzifəsindən uzaqlaşdırılıb. Bundan başqa, 12 dərnək, 3 qəzet, 1 televiziya kanalı da bağlanıb.

Vəzifəsindən uzaqlaşdırılan 18 min 600 dövlət işçisindən 9 minə yaxını Baş Polis idarəsindən, 3 mindən çoxu quru qüvvələrindən, 2 minə yaxını hava qüvvələrindən, 250-si ali təhsil müəssisələrindəndir.

Xaricdə təhsil alan bir nəfərin də təhsilinə son verilib.

Terror təşkilatları və milli təhlükəsizlik”

Qərarda bu insanların “terror təşkilatlarına və ya milli təhlükəsizliyə qarşı fəaliyyətdə olan quruluş və ya qruplara üzvlükləri, mənsubiyyəti, əlaqələri və ünsiyyətləri olmaları” səbəb göstərilir.

Dövlət işindən uzaqlaşdırılan işçilərin gələcəkdə eyni təşkilata işə düzələ bilməyəcəyi və dövlət işində işləyə bilməyəcəyi deyilir.

İşdən uzaqşlaşdırılan dövlət işçilərinin rütbələri və məmur vəzifəsi əllərindən alınır, nazirliklərin bildirişlərindən sonra isə pasportları ləğv edilir.

Dövlət çevrilişinə cəhddən 5 gün sonra, 20 iyunda elan olunan fövqəladə vəziyyətin (OHAL) 18 iyul gecə başa çatması gözlənir.

Prezident Recep Tayyip Erdoğanın iyulun 9-da andiçmə mərasimi keçiriləcək.

Recep Tayyip Erdoğan iyulun 24-də keçirilən seçkilərdə 53% səslə yenidən prezident seçilib.

Müxalifət lideri və prezidentliyə keçmiş namizəd olan Muharrem İnce “Türkiyənin tək insanın hakimiyyəti olan təhlükəli dövrə girdiyini” deyib.

Türkiyə parlamentində də yer çoxluğunu AKP alıb.

AKP parlament sədrliyinə baz nazir Binali Yıldırımı namizəd göstərib.

 

BBC