Türkiyədə qatar aşdı: 24 ölü, 318 yaralı

Türkiyənin Tekirdağ vilayətində ötən gecə baş verən qəza nəticəsində 24 nəfər ölüb, 318 nəfər yaralanıb.

Bu haqda NTV rəsmi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, yaralıların 124 nəfəri xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbi son günlər bölgədə yağan leysan yağışları və dəmiryolu xəttinin altında torpağın yuyulmasıdır. Qatar bu ərazidən keçərkən 5 vaqon aşıb və can bazarı yaşanıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Bastainfo.com