Arif Hacılı İlqar Məmmədovun azadlığa buraxılmasını müsbət qiymətləndirib

“Onun azadlığa çıxması yalnız İlqar Məmmədovun özü, yaxınları üçün yox, Azərbaycan üçün müsbət siyasi hadisədir.”
Müsavat Partiyasının başqanı Arif Hacılı İlqar Məmmədovun azadlığa buraxılmasını müsbət hadisə kimi qiymətləndirib.
Müsavat başqanı “Basta” əməkdaşı ilə söhbətində bildirib ki, “Onun azadlığa çıxması yalnız İlqar Məmmədovun özü, yaxınları üçün yox, Azərbaycan üçün müsbət siyasi hadisədir.”
“İlqar Məmmədovu və onun rəhbərlik etdiyi REAL təşkilatını onun azadlığa çıxması münasibətilə təbrik edirəm və onlara yeni mübarizə uğurları arzulayıram.” -Arif Hacılı əlavə edib.
Bastainfo.com