Köçəryan sərbəst buraxıldı

Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Köçəryan bu gün sərbəst buraxılıb.

Ermənistan mətbuatının məlumatına görə, Apelyasiya Məhkəməsi avqustun 13-də sabiq prezidentin iddiasını qismən təmin edib.  

Məhkəmə bu qərarı sabiq prezidentin toxunulmazlıq statusu ilə əsaslandırıb. Lakin Köçəryana qarşı qaldırılan cinayət işi üzrə istintaq davam edir. 

Qeyd edək ki, Köçəryanın həbsindən sonra Rusiya xarici işlər naziri Serqey Lavrov  Ermənistanın baş naziri Nikol Paşinyanaqarşı sərt bəyanat verərək, onu “konsensusu pozmaqda” günaglandırmışdı. 

Köçəryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub. O, 2008-ci ildə keçirilən seçkilərdə baş verən saxtakarlığa etiraz olaraq Yerevanda təşkil olunan nümayişin zorakılıqla dağıdılmasına rəvac verməkdə təqsirləndirilir. Qeyd edək ki, həmin nümayişlər dağıdılarkən 10 nümayişçi odlu silahla qətlə yetirilib. 

 

Mustafa Hacıbəyli

Bastainfo.com