Merkel Bakıya səfəri ərəfəsində Türkiyə prezidenti ilə danışıb

Almaniyanın kansleri Angela Merkel Qafqaz turnesinə çıxır.

Merkel səfər zamanı Azərbaycan, Gürcüstan və Ermənistanda olacaq.

Kanslerin Qafqaz turnesi avqust ayının ikinci yarısı üçün nəzərdə tutulub. O, avqustun 23-də Tbilisidə, 24-də Yerevanda, nəhayət, 25-də Bakıda olacaq.

Avqustun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub. 

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan və Merkel Türkiyənin xəzinədarlıq və maliyyə naziri ilə Almaniyanın maliyyə və iqtisadiyyat nazirləri arasında görüşün keçirilməsinə razılaşıblar.  Tərəflər arasında ölkələr arasında münasibətlərlə yanaşı, Suriya məsələsinə də toxunulub.

Angela Merkel Türkiyə iqtisadiyyatının güclü olmasının Almaniya üçün önəmli olduğunu bildirib.

Ölkə başçıları, eyni zamanda, sentyabrın sonunda Berlində planlaşdırılan görüşə də toxunubular. 

Bastainfo.com