Rusiya-ABŞ münasibətlərində növbəti gərginlik

Bu gün Rusiya Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinə etiraz notası göndərib, – RİA Novosti xəbər verir.

Etirazın səbəbi Rusiyanın ötən il bağlanılan konsulluğu və diplomatik nümayəndəliklərində qalan əşyaların qaytarılmamasıdır. 

Qeyd edək ki, ötən ilin sentyabr ayında rəsmi Moskva ABŞ-ın Rusiyadakı diplomatik missiyasının say tərkibinin azaldılmasını təklif edib. Bu təklifə cavab olaraq Vaşinqton Rusiyanın San-Fransisko şəhərindəki konsulluğunun, eləcə də Vaşinqton və Nyu-York şəhərlərindəki ticarət nümayəndəlikləri bağlanmasına qərar verib. Bundan sonra, ötən ilin oktyabr ayında,  Dövlət Departamenti konsulluğun və nümayəndəliklərin binalarını ABŞ-ın nəzarətinə keçirib.

Rəsmi Moskva iddia edir ki, bu binalarda Rusiyaya və dipmissiyanın keçmiş əməkdaşlarına məxsus olan əşyalar qalıb. Rusiya Xarici işlər nazirliyi bu gün göndərdiyi notada həmin əşyaların qaytarılmasını tələb edib. 

 

Bastainfo.com