BMT-nin keçmiş baş katibi Kofi Annan vəfat etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş baş katibi 80 yaşlı Kofi Annan vəfat edib. Bu haqda SNN diplomatik mənbələrə istinadən məlumat yayıb. 

Kofi Annan 1938-ci ildə o vaxt Böyük Britaniyanın koloniyası olmuş və sonradan müstəqilliyini qazanmış Qanada anadan olub. O, 1997-2006-cı illərdə BMT-nin baş katibi olub. 2001-ci ildə Nobel mükafatına layiq görülüb. 

Kofi Annan 2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İraqa qoşun yeritməsinə qarşı çıxaraq, bunun qanunsuz və əsassız olduğunu bəyan edib.