Lənkəranda yol tikintisi üçün 9.1 mln. manat ayrıldı

Ölkə başçısı İlham Əliyev Lənkəran rayonunda Hirkan-Daştatük-Biləsər avtomobil yolunun tikintisi üzrə tədbirlər haqqında sərəncam imzalayıb.

2018-ci il üçün dövlət büdcəsindən Avtomobil Yolları Agentliyinə 7 min əhalisi olan 7 yaşayış məntəqəsini birləşdirən Hirkan-Daştatük-Biləsər avtomobil yolunun tikintisinə 9.1 milyon manat ayrılacaq.