Putin Avstriyaya toya gedib

Rusiya prezidenti Vladimir Putin Avstriyada toydadır.

Rusiya prezidenti Avstriyaya bu ölkənin xarici işlər naziri Karin Kneissl-lin toy mərasimində iştirak etmək üçün gedib.

Toy mərasimi Avstriyanın Qrads şəhərində keçirilir.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, Artıq prezidentin təyyarəsinin Avstriyada olduğu bildirilir.

Mətbuatın yazdığına görə, Vladimir Putin toya hədiyyə kimi Kuban kazaklarının xor ansamblını da aparıb.

Rusiya– Kuban Kazaklarının ansamblı
Rusiya– Kuban Kazaklarının ansamblı

​BBC-nin Rusiyanın Dövlət qurumuna istinadla verdiyi məlumata görə, ansamblın Avstriyaya aparılması Dövlət büdcəsinə azı 1 milyon 800 min rubla başa gələcək.

Avstriyanın 53 yaşlı xarici işlər naziri Karin Kneissl biznesmen Wolfgang Meilinger-lə evlənir.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, artıq musiqiçilər də toy mərasiminin keçiriləcəyi “Ştirii” federal torpağındakı otelə yerləşdiriliblər.

Qeyd edək ki, şənbə günü-avqustun 18-I axşam saatlarında Berlində kansler Angela Merkellə Vladimir Putinin görüşü gözlənir.

 

AzadlıqRadiosu