Oqtay Gülalıyev ölkədən çıxdı

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin 7 illik fasilədən sonra ölkədən çıxmasına imkan verilib. 

Bu haqda o, özü məlumat yayıb.

“Haqqımda açdıqları qondarma cinayət işinə görə xeyli vaxt idi ki xarici pasport ala və ölkədən çıxa bilmirdim. Bu gün sərhədlərimizdən kənara çıxa bildim… Biz ölkədən çıxırıq ölkəmizi layiqincə təmsil etmək üçün… Biz ölkədən çıxırıq ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün… Biz ölkədən çıxırıq ölkəmizə demokratiya, ədalət gətirmək üçün… Biz ölkədən çıxırıq ölkəmizə dönmək üçün… Tezliklə Vətəndə görüşmək ümidi ilə…”, – Oqtay Gülalıyev özünün feysbuk səhifəsində yazıb.

 

Bastainfo.com