ABŞ Rusiyanın bank hesablarını dondurdu: Yüz milyonlara əl qoyuldu

Bu gün Rusiyanın ABŞ-dakı bank hesabları dondurulub. Bloklanan hesablarda yüz milyonlarla dollar vəsait olduğu bildirilir.

RİA Novosti xəbər verir ki, bu haqda ABŞ maliyyə nazirinin müavini Siqal Mandelker məlumat yayıb.

Vaşinqton həmçinin Rusiyanın iki vətəndaşını və “Dayvtexnoservis” şirkətini sanksiya siyahısına əlavə edib. 

Bundan başqa, xəbər verdiyimiz kimi, avqustun 22-də “Skripal işi” ilə əlaqədar ABŞ-ın Rusiyaya qarşı daha bir sanksiya paketi işə düşəcək.

 

Mustafa Hacıbəyli

Bastainfo.com