Müsavatçılar Elçibəyin məzarını ziyarət etdi – FOTO

Bu gün Müsavat Partiyasının rəhbərliyi və bir qrup üzvü Fəxri Xiyabanda Azərbaycan milli-azadlıq hərakatının lideri, mərhum eks-prezident Əbülfəz Elçıbəyin vəfatının ildönümü ilə bağlı, onun məzarını ziyarət ediblər.

Ziyarətçilər sayğı duruşu ilə Elçibəyin xatirəsini yad edib, onun məzarı üzərinə güllər qoyublar. Tədbirdə Müsavat başqanı Arif Hacılı və MSDM-in sədri İsa Qəmbər çıxış ediblər.

Bastainfo.com