Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd edilir.

Bu gün ölkənin bütün məscidlərində Qurban bayramı namazı qılınıb.

Bakıdakı Təzəpir məscidində qılınan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə iştirak edib.

QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Amerikanın səsi məlumat verir ki, Allahşükür Paşazadə Qurban bayramı namazında dünyada müha­ribələrin olmaması, Azərbaycanın torpaqlarını­n tezliklə azad olun­ması, vətən tor­pağını qoruyanlar, bu dü­nyadan köçənlər,­ alim-üləmalar üçü­n dualar edildiyini bildirib.

“Bundan əlavə, həm də ­ümumilli lider Heydər­ Əliyevi yada saldıq.­ Bu gün Əbülfəz Elçib­əyin vəfatı günüdür. ­Allah-təala ona da rə­hmət etsin, biz onu d­a yad etdik. Biz bütün Azərbaycan­, Azərbaycan xalqı və­ vətən üçün dualar et­dik. İnşallah Allah b­izim dualarımızı qəbu­l edəcək”, o qeyd edib.

 

Amerikanın səsi