Müsavat başqanı bayram namazını Tala məscidində qıldı

Müsavat başqanı Arif Hacılı 2Qurban bayramı” ilə əlaqədar bayram namazını Tala məscidində qılıb.

Bu barədə özünün “Facebook” səhifəsində yazan Arif Hacılı bildirib.

“Bayram namazını 1902- ci ildən, hətta sovet dövründə fasiləsiz fəaliyyət göstərən, eyni vaxta 2000 nəfərin ibadət etməsi mümkün olan Tala məsçidində qıldıq. Qurbanlarımızı kəsdik, dualarımızı etdik.”

“Hər kəsin qurbanları, öz şəxsi, yaxınları, xalqımız və dövlətimiz üçün etdiyi bütün xoş niyyətli dualarını allah qəbul eləsin. Bayramınız mübarək!” Arif Hacılı əlavə edib.

 

Bastainfo.com