İsveçrə bankı Rusiya ilə bağlı olan 5 milyard dollarlıq hesabları dondurdu

İsveçrənin məşhur Credit Suisse bankı rusiya ilə bağlı olan hesabları dondurub. Reuters agentliyinin verdiyi məlumata görə, dondurulan hesablarda olan vəsaitin ümumi məbləği təqribən 5 milyard dollar təşkil edir. İsveçrə bankı bu addımı ABŞ-ın sanksiyaları ilə üzləşməmək üçün edib. 

Dondurulan bank hesablarının sahiblərinin adları dəqiqləşdirilir. Reutersin xəbərində deyilir ki, Rusiyanın varlı adamlarının əhəmiyyətli hissəsi öz pullarını İsveçrə banlarında saxlayırlar. Rusiya Dövlət Dumasındandakı mənbə bankın bu qərarını “dollara və Qərbin maliyyə institutlarının nüfuzuna böyük zərbə” kimi qiymətləndirib.

Qeyd edək ki, ABŞ Rusiyanın Krımı ilhaq etməsinə cavab olaraq rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq edir. Avqustun 20-də Rusiyanın ABŞ-dakı maliyyə hesabları dondurulub. Avqustun 22-dən bu sanksiyaların daha bir paketi işə düşüb.  

 

Mustafa Hacıbəyli

Bastainfo.com