Minskdə 20 müxalifətçi həbs edildi

Minskdə OMON zabitləri Ədliyyə Nazirliyinin yaxınlığında təxminən 20 müxalifətçi fəalı saxlayıb.

Saxlanılanlar arasında Belarus Milli Konqresinin lideri Nikolay Statkeviç də var. Aktivistlərin radio sənayesi işçiləri (REP) Gennadi Fedynich və İqor Komlikə dəstək olmaq üçün məhkəmə binasının qarşısında toplandığı bildirilir..

Svoboda.org-un verdiyi xəbərə görə 24 Avqustda(bu gün) Gennadi Fedynich və İqor Komlik vergi borclarına görə ittiham olunaraq məhkum olunublar.

Hökmdən sonra aktivistlər Avropa Birliyinin bayraqlarını qaldıraraq etiraz ediblər.

Aksiyanın təşkilatçısı Mikola Statkeviç aktivistləri ölkədəki repressiyaların artmasının dayandırılmasını tələb etmək üçün Prezident Administrasiyasına tərəf irəliləmək üçün çağırış edib.

Etiraz aksiyasına qatılan hüquq müdafiəçiləri və aktivistlər səsləndirdikləri şüarlarda Fedyniçə və Komlikə qarşı iddianın hazırlandığını, bunun siyasi sifariş olduğunu deyirlər.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Belarusun prezidenti Aleksandr Lukaşenkoya KİV rəhbərlərinin cinayət təqibini dayandırmaq və onların hamısından “əsassız ittihamları” aradan qaldırmağı tələb edən  məktub ünvanlamışdı.

 

Könül Alı

Bastainfo.com