ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi. Daha nə gözləmək olar?

Bazar ertəsindən etibarən Serqey və Yuliya Skripalların Böyük Britaniyaya göndərilməsinə görə ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi.

İqtisadçıların fikrincə, bu sanksiyalar Rusiya iqtisadiyyatına təhlükə yaratmır. BBC-nin Rusiya xidmətinin məlumatinda deyilir ki, təhlükənin böyük olmamasına rəğmən Rusiyanın Sənaye və Ticarət Nazirliyi ehtiyat tədbirləri görməyə hazırlaşır.

ABŞ Prezident Administrasiyası 24 Avqustda Rusiyaya qarşı yeni sanksiyaları təsvir edən rəsmi bir sənəd nəşr etdi. Qanun 27 Avqust Bazar ertəsi günü qüvvəyə minəcək. “Daha əvvəl tətbiq edilən sanksyalar da həyata keçiriləcək”,  ABŞ Dövlət Departamenti xəbər verir.

Qeyd edək ki, 1991-ci ildəki kimyəvi və bioloji silahların idarə olunması haqqında qanuna əsasən sanksiyalar iki mərhələdə tətbiq olunur. Rusiyanın Vaşinqton səfirliyi bu sanksiyalar paketini artıq “draconiyan” adlandırıb.

İqtisadçılar deyirlər ki, sanksiyaların tətbiq edilməsindən əvvəl bazarlar çox sabit qalmayıb. Nordea Bankın hesabatına görə, sanksiya tətbiq olunduğundan rubl təzyiq altında qalıb.

Onu da əlavə edək ki, 2018-ci ilin başlanğıcından bu yana ABŞ Rusiyaya sanksyalar tətbiq etməyə başlayıb. Dünəndən ABŞ Rusiyanın Krımı ilhaq etməsinə cavab olaraq rəsmi Moskvaya qarşı yeni sanksiyalar tətbiq edir. Avqustun 20-də Rusiyanın ABŞ-dakı maliyyə hesabları dondurulub. Avqustun 22-dən bu sanksiyaların daha bir paketi işə düşüb.  İsveçrənin məşhur Credit Suisse bankı Rusiya ilə bağlı olan hesabları dondurub.

Reuters agentliyinin verdiyi məlumata görə, dondurulan hesablarda olan vəsaitin ümumi məbləği təqribən 5 milyard dollar təşkil edir. İsveçrə bankı bu addımı ABŞ-ın sanksiyaları ilə üzləşməmək üçün edib. 

 

Könül Alı

Bastainfo.com