İlham Əliyevə sual: Merkellə, Əfqan Muxtarlı və həbsdəki jurnalistlər haqda danışdızmı?

Angela Merkel və İlham Əliyev birgə mətbuat konfransı keçiriblər.

Bir xarici jurnalistin “Cənab İlham Əliyev, Əfqan Muxtarlı və başqa araşdırmaçı jurnalistlər həbsdədirlər və siz Avropa Şurası tərəfindən bu mənada tənqidə məruz qalırsız. İqtisadi əməkdaşlıqla yanaşı bu məsələlər də müzakirə olundumu sualına cavabında İlham Əliyev deyib:

“Azərbaycanda bütün azadlıqlar təmin olunub. O cümlədən, söz azadlığı, mətbuat azadlığı. Azərbaycanda yüzlərlə mətbu orqan fəaliyyət göstərir, onların arasında müxalifət mətbuatı da kifayət qədər çoxdur. Tənqidə görə, fərqli baxışa görə heç kim Azərbaycanda təqib olunmur”.

İlham Əliyev deyib ki, iki liderin müzakirəsində bütün məsələlər eyni dərəcədə əhəmiyyətli olub, o cümlədən insan haqları və demokratiya da.

***

Alman deputatlar Milli Məclisdə

“Bizim mövqeyimiz ondan ibarətdir ki, Dağlıq Qarabağ problemi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Almaniya münaqişəninaradan qaldırılması istiqamətində səy göstərməyə hazırdır”

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, bu sözləri bu gün, avqustun 25-də Almaniya Bundestaqının Xristian Demokratlar İttifaqıfraksiyasının sədr müavini Johann Vadephul deyib.

O, Almaniya Bundestaqının deputatlarından ibarət nümayəndə heyəti ilə birgə Milli Məclisdə olub. Onların parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupun Azərbaycandan olan üzvləri ilə görüşü keçirilib.

J.Vadephulin iki ölkə arasındakı iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğuladığı bildirilir.

Verilən məlumata görə, habelə Azərbaycanı Cənubi Qafqazda Almaniyanın vacib ticarət tərəfdaşı kimi dəyərləndirən J.Vadephul Dağlıq Qarabağ münaqişəsinin həllinin önəmli məsələ olduğunu vurğulayıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Asim Mollazadə də Dağlıq Qarabağ münaqişəsindən danışıb.

“Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bu gün Gürcüstan, Moldova, Ukrayna eyni problemlə üzləşib. Bu, bizim müstəqillikmübarizəmizdir. Azərbaycan demokratiya yolunu seçib, insan azadlıqlarının qorunması bizim üçün çox vacib amildir”, o, deyib.

Görüşdə parlamentlər arasında əlaqələrin inkişafı, ölkələrin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığınıngenişləndirilməsi barədə fikir mübadiləsinin aparıldığı bildirilir.

Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin rəhbərlik etdiyi nümayəndə heyətinin Cənubi Qafqaz ölkələrinə səfəri avqustun 23-də başlayıb. Onlar bu gün, avqustun 25-də Azərbaycana gəliblər. Angela Merkelin Azərbaycan prezidenti ilə də görüşü olub.

Azərtac-ın xəbərinə görə, Angela Merkel Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş insanların məzarlarını ziyarət edib

O, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Almaniyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən A. Merkelə “Şəhidlər xiyabanı”nın tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

****

Merkel insan hüquqlarına da diqqət çəkib

“Biz yəqin ki, bəzi kritik məqamlara da toxunacağıq. Bu da insan hüquqları və humanitar vəziyyətdir”

AZƏRTAC-ın xəbərinə görə, bu gün, avqustun 25-də Azərbaycan prezidenti İlham Əliyevlə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşdə Almaniya Federativ Respublikasının kansleri xanım Angela Merkel belə deyib.

Görüşdə əvvəlcə Azərbaycan prezidenti danışıb.O vurğulayıb ki, bu səfərin çox uğurlu olacağına və Almaniya-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əmindir:

“Biz sizinlə dəfələrlə görüşmüşük, aramızda siyasi dialoq fəal şəkildə aparılır və çox şadam ki, bu gün siz Azərbaycandasınız. Bu, tarixi bir səfərdir.

İkitərəfli əlaqələrimizin gündəliyi çox genişdir, siyasi, iqtisadi əlaqələr, ticarət əlaqələri, regional məsələlər – yəni, bütün bu məsələləri bu gün (avqustun 25-də) müzakirə edəcəyik. Əminəm ki, səfəriniz əlaqələrimizə yeni təkan verəcək”

Almaniya Kansleri Angela Merkel isə öz növbəsində bunları deyib:
“ Biz artıq beynəlxalq təşkilatlar çərçivəsində, beynəlxalq görüşlər çərçivəsində dəfələrlə görüşmüşük və mən hesab edirəm ki, bu səfər bizim münasibətlərimizə yeni təkan verəcək.

Biz həm də mədəniyyət sahəsində əlaqələrimizi də genişləndirə bilərik. Azərbaycanda ilk alman koloniyasının yaradılmasından 200 il keçir. Bəzi insanların bu barədə heç məlumatı yoxdur.

Biz iqtisadi əlaqələrimizi genişləndirə bilərik. Azərbaycan bu regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır.

Biz yəqin ki, bəzi kritik məqamlara da toxunacağıq. Bu da insan hüquqları və humanitar vəziyyətdir.

Biz həm də bu regiona çox mane olan məsələ barədə danışacağıq. Bu da Dağlıq Qarabağ münaqişəsidir və biz Almaniya tərəfindən onun həllinə dəstək olmaq istərdik”.

Azərbaycan prezidenti ilə Almaniya kansleri birgə mətbuat konfrnası keçirib.

Bu barədə xəbəri AZƏRTAC yayıb.

Xəbərə görə, avqustun 25-də geniş tərkibdə görüş başa çatdıqdan sonra prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının kansleri xanım Angela Merkel birgə mətbuat konfransı keçiriblər.

Mətbuat konfrnasının təfərrüatı barədə, hələlik, informasiya verilmir.

Bundan bir qədər öncə, İlham Əliyev və xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi də aparılıb.

A.Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri avqustun 23-də başlayıb.O, bu gün, avqustun 25-də Azərbaycana gəlib.

***

Azərbaycan prezidenti və Almaniyanın kanslerinin geniş tərkibdə görüşü keçirilib.

Bu gün, avqustun 25-də Azərbaycan prezidenti İlham Əliyevin və Almaniya kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti və Almaniyanın kansleri görüşdə çıxış etdilər.

Ancaq, hələlik, çıxışların mətni yayılmayıb.

***

Almaniya Federativ Respublikasının kansleri Angela Merkel bu gün, avqustun 25-də Azərbaycana gəlib.

AZƏRTAC-ın xəbərinə görə, Almaniyanın kanslerini hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

A.Merkel Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

O, Bakıda ikitərəfli və Azərbaycan-Avropa İttifaqı (Aİ) arasında əlaqələrin inkişafı məsələlərini müzakirə etməlidir. Danışıqlar zamanı Avropaya enerji resurslarının nəqli mənbələrinin şaxələndirilməsi kontekstində Cənub Qaz Dəhlizinin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olmalıdır.

Cənub Qaz Dəhlizi layihəsi «Şahdəniz» qazının Avropaya nəqlini nəzərdə tutur.

Bundan əlavə, onun insan hüquqları, demokratiya və qanunun aliliyi məsələlərinə də toxunacağı bildirilir.

A.Merkelin həmçinin, Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunacağı gözlənir.

Daha sonra A.Merkelin 1990-cı ilin yanvarında Sovet qoşunlarının Bakıda qətlə yetirdiyi və Qarabağ müharibəsində həlak olan insanların dəfn olunduğu «Şəhidlər Xiyabanı»nı ziyarət edəcəyi də bildirilir.

Verilən məlumata görə, günün ikinci yarısında Merkel işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə keçiriləcək dəyirmi masada iştirak edəcək.

Həmin tədbir başa çatdıqdan sonra Almaniya kanslerinin Berlinə yola düşəcəyi bildirilir.

A.Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri avqustun 23-də başlayıb.

 

Azadlıq Radiosu