Ələsgər Əhmədoğlu Merkelin VC nümayəndələri ilə görüşü barədə: “Adını ilk dəfə eşitdiyim bir fəal da vardı görüşdə”

“Ola bilər ki, bu şəxs istedadlıdır, perespektivlidir, buna sözüm yoxdur. Lakin Vətəndaş Cəmiyyətini təmsil etməsi üçün belə birinin seçilməsi çox qeyri-ciddi yanaşmadır.”

Azərbaycanda səfərdə olan Almaniyanın kansleri Angela Merkelin dünən VC nümayəndələri ilə görüşü barədə fikirlərini paylaşan media eksperti Ələsgər Əhmədoğlu özünün “Facebbok” səhifəsində bu sözləri yazıb.

“Dünən Almanya Kansleri Merkel ilə Azərbaycan Vətəndaş Cəmiyyətinin nümayəndələrinin görüşündəki foto diqqitəimi çəkdi. Adını ilk dəfə eşitdiyim bir fəal da vardı görüşdə. Mən də etmədim tənbəllik, Google-a dünənki tarixədək belə birinin adını araşdırmaya verdim ki, görüm mən bilgisizəm, yoxsa bu şəxsi VC təmsilçisi kimi seçib, təqdim edənlər? Maraqlı nəticə çıxdı. Bu şəxsin adı axtarışda cəmi 11 yerdə çıxdı. Çoxu da profilləridir.” -Ələsgər Əhmədoğlu bildirib.

“Qeyd: ola bilər ki, bu şəxs istedadlıdır, perespektivlidir, buna sözüm yoxdur. Lakin Vətəndaş Cəmiyyətini təmsil etməsi üçün belə birinin seçilməsi çox qeyri-ciddi yanaşmadır. Xüsusilə son 4 ildə yaşanan problemlər kölgəsində… Bəlkə elə Merkelin köməkçisi də bir axtarış etdi ki, görək bu şəxsin ölkədəki nüfuzu, fəaliyyəti, VC üçün hansı fədəkarliği olub, çıxan nəticə bu şəxsi görüşə seçənləri utandırmayacaqmı? O görüşdə həqiqətən VC-nin mövqeyini istəyirdilərsə, heç olmasa bu sahədə azadlığı ilə bədəl ödəyən, İntiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli, Mehman Əliyev kimi həqiqətən bu sahədə problemləri bilən və onlardan çıxış yolu göstərə bilən şəxslər olmalı idi.” -Ələsgər Əhmədoğlu əlavə edib.

 

Bastainfo.com