Gürcüstanın Azərbaycanda yeni səfiri təyin edilib

Gürcüstan prezidentinin fərmanına əsasən Zurab Pataradze bu ölkənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

“Gürcüstanın “Diplomatik xidmət haqqında” qanununun 6-cı maddəsinin 5-ci bəndinə əsasən Zurab Pataradze 29 avqust 2018-ci il tarixindən Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, – Gürcüstan mətbuatında dərc edilən sərəncamda deyilir.

Mənbənin məlumatına görə, bundan öncə Z.Pataradze Acariya hökumətinin başçısı olub.

Ona qədərsə Gürcüstanın Qazaxıstanda və Türkiyədə səfiri, Yunanıstanda baş konsulu postlarını tutub.

 

TURAN