Azərbaycan Rusiyadan 5 mlrd. dollarlıq hərbi məhsul alıb

Azərbaycan Rusiyadan 5 mlrd. dollardan çox dəyəri olan hərbi-texniki təyinatlı məhsul alıb. Bu barədə, TASS-ın məlumatına görə, şənbə günü prezident İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarının yekunlarına görə bildirib.

“Biz hərbi-texniki sahədə gələcək əməkdaşlıq məsələsini müzakirə etdik. Bu əməkdaşlığın artıq böyük ənənələri var. Azərbaycanın Rusiyadan aldığı hərbi-texniki təyinatlı məhsul 5 mlrd. dollardan artıqdır və artış təmayülünə malikdir”, deyə Əliyev bildirib.

O, qeyd edib ki, “Azərbaycan Silahlı Qüvvələrini müasirləşdirməyə davam edir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarlara tədarükçüsüdür”. 

Turan