Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti keçirilib

Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti keçirilib. Bu barədə AZƏRTAC dövlət agentliyi məlumat yayıb.

Amerikanın Səsi yazır ki, Sammitdə Qırğız prezidenti Sooronbay Jeenbekov, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. Bununla yanaşı Rusiyanın Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov, Macarıstanın baş naziri Viktor Orban vəÖzbəkistan prezidenti Şövkət Mirziyoyev qonaq qismində sammiə qatılıb.

Sammitin açılışında çıxış edən TDƏŞ-in hazırkı sədri, Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib ki, VI Sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsi təşkilatın fəaliyyətinin genişlənməsinin və həmrəyliyin gücləndirilməsinin göstəricisidir. Türk Şurasının fəaliyyətinin güclənməsi ortaya çıxan hədəflərə nail olunmasına mühüm töhfə verəcək.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən zirvə görüşündə yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

 

Bastainfo.com