İstiqlalçı millət vəkili Müsavatda anıldı

Bu gün Müsavat Partiyasının Mərkəzi Qəraragahında İstiqlalçı Millət Vəkili Məryəm Həsənovanın anım mərasimi keçirilib.

Tədbirdə  MSDM sədri İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı, İstiqlalçı Millət Vəkili Hacıbaba Əzimov, Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, Milli Şuranın üzvü İbrahim İbrahimli, Müsavat Partiyası MNTK-nın sədri Sevinc Hüseynova, yazıçı-publisist Mehriban Vəzir iştirak ediblər.

Çıxışçılar Məryəm Həsənovanın keçdiyi həyat yolundan, Azərbaycanın müstəqilliyinə verdiyi töhfələrdən və Məryəm xanımla bağlı xoş xatirələrindən danışıblar.

 

Bastainfo.com