İran azərbaycanlılarının #Sənideyirlər kampaniyası Bakıya da gəlib çatdı

Azərbaycanda bəzi sosial media istifadəçiləri İranda etnik azərbaycanlıların başlatdığı #Sənideyirlər rəqs kampaniyasına qoşulub.

Əsasən Ιnstagram platformasında başlayan bu tez-tez rast gəlinməyən onlayn kampaniya çərçivəsində paylaşılan videolarda qadınlar, kişilər və uşaqlar sərbəst şəkildə rəqs edir və digərlərini də rəqs etməyə çağırır.

İranda rəqs etmək onsuz da etiraz hesab edilir, çünki qadınların xüsusilə ictimai yerdə rəqsi hökümət tərəfdən yaxşı qarşılanmır.

Bu baxımdan bu aksiya, “siyasi hərəkat” hesab edilir.

Hətta bəzi istifadəçilər bu həştəqdən istifadə edərək rəsmilərə qarşı etirazlarını da bildirirlər.

“Oynamaq yeri qoymayıblar daha”, deyən bir Ιnstagram istifadəçisi rəsmi şəxslərə xitabən un, maya və qazın qiymətinin qalxmasından şikayətlənib.

 

BBC