Skripala sui-qəsd necə edildi. Britaniya polisinin fotoları

Britaniya hüquq-mühafizə orqanları keçmiş rusiyalı casus Sergey Skripal və qızının zəhərlənməsinə görə iki rusiyalıya ittiham irəli sürüblər. Şübhəlilərin fotoları yayılıb. Məlumata görə, onların adları Aleksandr Petrov və Ruslan Boşirovdur. Eyni zamanda polisdən bildirilir ki, bu adlar uydurma və onların pasportları saxta ola bilər.

Britaniyanın baş naziri Tereza Mey bu şəxslərin Rusiya hərbi kəşfiyyatının – GRU-nun əməliyyatçıları olduğunu deyib.

“Bu, sadəcə bir yaramaz əməliyyat olmayıb. Buna, GRU-dan kənardan Rusiya dövlətində yüksək səviyyədə rəvac verilib”, – Mey söyləyib.

Polis bildirir ki, Petrovun və Boşirovun təqribən 40 yaşları var və onlar saxta sənədlərlə Britaniyaya gəliblər. 

Məlumata görə onlar bu il martın 2-də “Aeroflot”un reys təyyarəsi ilə Moskvadan Londonun Qetvik hava limanına gəliblər və martın 4-də – Skripalların zəhərləndiyi gün Britaniyanı tərk ediblər. 

Şübhəlilər həm Londonda, həm də Solsberidə video-müşahidə kameralarına düşüblər. 

Skripallara sui-qəsd “Noviçok” sinir qazı vasitəsilə həyata keçirilib. 

Polisin məlumatına görə, ətir flakonunda Solsberiyə gətirilən “Noviçok” zəhərini burada Skripalın evinin qapısındakı dəstəyə vurublar. 

Bundan 3 ay sonra həmin flakonu yaxınlıqdakı Eymsberi şəhərinin sakini Çarli Rouli tapıb. O, zəhərlənmədən xilas olsa da, rəfiqəsi Don Sterjest həlak olub. 


Britaniyadan açıqlama gəlməmişdən öncə Kremlin sözçüsü Dmitry Peskov Rusiyanın zəhərlənmədə əli olmadığını bir daha dilə gətirib.

AdlıqRadiosunun məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova isə sentyabrın 5-də deyib ki, Britaniya hökumətinin yaydığı adlar və fotolar Moskvaya “heç nə demir”.

Sergei və Yulia Skripallar İngiltərənin Solsberi şəhərində skamyada huşsuz vəziyyətdə tapılıblar. Onlar xəstəxanada bir neçə həftə müalicə alandan sonra buraxılıblar.

 

Bastainfo.com