“Basta” 3 yaşını qeyd etdi – Foto

Bu gün Müsavat Partiyasının mərkəzi qərargahında “Basta” saytının 3 yaşı qeyd olunub.

Yubiley tədbirində bir qrup siyasət adamları və jurnalistlər iştirak edib. Tədbirdə MSDM sədri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, Müsavat məclisinin sədri Nüşabə Sadıxlı, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Müsavat başqanın müavini Səxavət Soltanlı, vəkillər Osman Kazımov, Nemət Kərimli, Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı, Müsavatın Divan üzvləri Razim Əmiraslanlı, Alya Yaqublu və başqaları çıxış edərək “Basta” saytının ölkə mediasının hazırkı çətin dövründə verdiyi töhfələrdən və saytın əməkdaşlarının fədakarlığıdan danışıblar.

Baş redaktor Mustafa Hacıbəyli və saytın əməkdaşları öz çıxışlarında gördükləri işin Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətindən, azad medianın sıradan çıxarıldığı dövrdə hakimiyyətin təzyiqlərinə baxmayaraq sistemli fəaliyyətlərini davam etdirəcəklərini qeyd ediblər.

Qeyd edək ki, “Basta” saytı iyulun 10-dan Baş Pokurorluğun təqdimatına əsasən məhkəmə qərarı olmadan bloklanıb, saytda dərc olunan məqalələrlə əlaqədar CM-nin 313-cü maddəsi ilə əsassız cinayət işi qaldırılıb, saytın baş redaktoru və əməkdaşları istintaqa cəlb ediliblər. 

 

Bastainfo.com