Müsavatçı xanımlar Məryəm Həsənovanın məzarını ziyarət etdilər

İstiqlalçı millət vəkili, əfsanəvi siyasətçi Məryəm Həsənovanın vəfatından 40 gün keçir.

Bu gün Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, Müsavat Partiyası Nəzarət Təftiş Komissiyasının sədri Sevinc Hüseynova və Müsavat Qadınlar Birliyinin sədri Fəridə Ələsgərova  Məryəm Həsənovanın məzarını ziyarət ediblər.

Nüşabə Sadıxlı Məryəm Həsənovanın xidmətlərindən danışıb, onun millət, vətən üçün nə qədər əhəmiyyətli şəxsiyyət olduğunu vurğulayıb.

Qeyd edək ki, Məryəm Həsənova Ağ Siyəzən kənd məzarlığında dəfn olunub.

 Bastainfo.com