Rusiyada mitinq ərəfəsində kütləvi həbslər başladı

Sentyabrın 9-da Rusiyada kütləvi etiraz aksiyaları keçiriləcək. Pensiya yaşının qaldırılması əleyhinə təyin olunan etiraz nümayişlərinin təşkilatçısı Korrupsiya ilə Mübarizə Fondunun (FBK) rəhbəri Aleksey Navalnıdır. 

Rusiyanın onlarla şəhərində mitinqlərin keçirilməsi ilə əlaqədar ica hakimiyyəti orqanlarına müraciət edilib. Lakin böyük şəhərlərin heç birində bu müraciətlərə müsbət cabav verilməyib. Yalnız Kurqan, Çeboksar, Kirov və Berezniki kimi kiçik şəhərlərdə təyin olunan mitinqlər sanksiyalaşdırılıb.  

Rusiya mətbuatının verdiyi xəbərə görə, hakimiyyət orqanları əvvəlcə Sankt-Peterburqda mitinqin keçirilməsinə razılıq versələr də, sentyabrın 7-də bu qərarı ləğv ediblər – şəhər rəhbərliyi akisyaya qadağa qoyulmasını bu ərəfədə baş vermiş kommunal qəza ilə əlaqələndirib. 

Buna rəğmən Navalnı və onun qərargahı əhalini küçələrə çıxmağa çağırıb. Sentyabrın 9-da Moskva və Peterburq da daxil olmaqla onlarla böyük şəhərdə aksiyalara cəhd ediləcək. 

“Putin hakimiyyəti ölkə büdcəsini talayaraq, öz komfortunu təmin etmək üçün milyardları israf etdiyi halda, pensiya yaşını artırmaqla əhalini soyur”, – mitinq təşkilatçılarının müraciətində deyilir. 

Bildirilir ki, sentyabrın 6-dan polis Navalnı tərəfdarlarını kütləvi həbs etməyə başlayıb. Müxtəlif şəhərlərdə mitinqin təşkilatçıları 10-30 sutka arası inzibati həbsə məhkum ediliblər. Bəzi fəallara qarşı cinayət işləri qaldırılıb.  

 

Mustafa Hacıbəyli

Bastainfo.com