Azərbaycan pasportu gücünə görə neçəncidir

Dünyada “ən güclü” pasport Sinqapurundur. Sentyabrın 6-da Arton Capital konsultasiya şirkəti Qlobal Pasport Gücü reytinqi 2018-i açıqlayıb.

Pasportun gücü neçə ölkəyə vizasız səyahət imkanı verdiyinə görə hesablanır.

Sinqapur pasportu 166 balla birinci yerdədir, 127 ölkəyə vizasız səyahət etmək mümkündür, 29 ölkə isə vizanı çatan kimi verir.

Almaniya, Danimarka, İsveç, Finlandiya, Luksemburq, Norveç, Niderland, Cənubi Koreya və Birləşmiş Ştatların pasportu isə 165 balla ikinci yeri tutub. Bu ölkələrin vətəndaşları 116-126 ölkəyə vizasız gedə bilirlər.

Azərbaycan pasportu 193 ölkə içində 60-cı yerdədir, 72 balı var, 35 ölkəylə vizasız getmək imkanı verir, 37 ölkəyə daxil olan kimi viza verilir.

Gürcüstan pasportu 114 balla 39-cudur, 73 ölkəyə vizasız getmək olur.

68 balla 63-cü olan Ermənistan pasportu isə 32 ölkəyə vizasız səyahət imkanı verir.

Rusiya pasportu ilə 79 ölkəyə vizasız getmək mümkündür.

 

Azadlıq Radiosu