Arif Hacılı: “Möhkəm ol, Murad, səninləyik!”

Muradın karsa salınması aclıq aksiyasının rəsmiləşdirilməsi deməkdir.

Müsavat başqanı Arif Hacılı vicdan məhbusu Murad Adilovun karsa salınması barədə xəbərə münasibət bildirib.

Arif Hacılı bu haqda Murad Adilovun karsa salınması barədə yazılan bir statusa comment yazıb.

“Murad Adilov aclıq aksiyası keçirir. Həbsxana admnistrasiyası adətən aclıq aksiyasını qeydə almamağa, danmağa çalışır.” -Arif Hacılı bildirib.

“Muradın karsa salınması aclıq aksiyasının rəsmiləşdirilməsi deməkdir. Buna məcbur olublar. 
indi onunla rəsmi danışıqlar başlayacaq. Möhkəm ol, Murad, səninləyik.” -Arif Hacılı əlavə edib.

 

Bastainfo.com