Moskva Xəzərdə boru kəmərlərinin çəkilməsinə şərtlər qoydu

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov bəyan edib ki, Xəzər dənizində boru kəmərlərinin çəkilməsi istənilən sahilyanı ölkənin etiraz edəcəyi təqdirdə mümkünsüzdür. 

Oxu.Az xəbər verir ki, bu barədə diplomat “Kommersant” qəzetinə müsahibəsində deyib. 

O qeyd edib ki, Xəzərin statusu üzrə konvensiyada tərəflərin magistral boru xətlərini müvafiq ekoloji tələblərə və standartlara cavab verəcəyi təqdirdə çəkə biləcəyi əks olunub. 

Diplomat həmçinin bildirib ki, Ətraf mühitə təsirin qiymətləndirilməsi protokolu hər bir Xəzəryanı ölkənin hərtərəfli ekoloji ekspertizada iştirak etmək hüququnu tanıyır.