Müsavat başqanı təbrik və dəvət edir

Müsavat Partiyasının başqanı Arif  Hacılı Bakının azad edilməsinin 100 illiyi münasibətilə təbrik və dəvət paylaşıb. 

Arif Hacılı özünün feysbuk səhifəsində bunları yazıb:

“15 sentyabr tariximizin ən şərəfli günlərindəndir. Bu gün əhəmiyyətinə görə 28 May, 18 Oktyabr – istiqlal və istiqlalımızın bərpası günləri ilə müqayisə edilə bilər. 
100 il əvvəl sentyabrın 15-də dünya güclərinin uğrunda mübarizə apardığı, düşmən orduların tapdağı altında olan Bakı şəhəri Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun şücaəti nəticəsində azad edilərək xalqımıza qaytarıldı. 

Müsavat Partiyası hər il 15 senytabr günü bu bayram münasibəti ilə müxtəlif tədbirlər keçirir. Bu ilki tədbirimiz 15 sentyabr saat 12- də Türk Şəhidliyində olacaq. Dəvətlisiniz.

Bütün ərazilərimizin işğaldan azad olunması arzusu ilə hər kəsi Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibəti ilə təbrik edirəm”.

 

Bastainfo.com