Bakının xilas günündə Türk şəhidliyi ziyarət edildi – Video

Bu gün, 15 sentyabr – Bakının daşnak-bolşevik hərbi qruplaşmalarından azad olunmasının 100 illiyi ilə əlaqədar Şəhidlər Xiyabanındakı Türk şəhidliyi ziyarət edilib. 

Azərbaycan himnin oxunması ilə başlanan tədbirdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Müsavat Məclisinin sədri Nüşabə sadıxlı, İstiqlalçı millət vəkili, KXCP sədri Mirmahmud Mirəlioğlu, QAT sədri Akif Nağı çıxıb ediblər.

Çıxışlarda Bakının işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışılıb, bu zəfər üçün canından keçmiş türk əsgərlərinin xatirəsi yad edilib, Azərbaycanın hazırda işğal altında olan torpaqlarının azad edilcəyinə inam ifadə edilib.

Saat 17:00-da isə Türk şəhidliyini Əli Kərimli və AXCP fəalları ziyarət ediblər.

 

Bastainfo.com