Ermənistana müharibə tələb edən müsavatçıya 10 sutka verildi

Yasamal Rayon Məhkəməsi Müsavat Partiyası Səbail rayon təşkilatının üzvü Əziz Şahinoğlu Qəhrəmanovun barəsində 10 sutka inzibati həbs qərarı çıxarıb. Bu haqda “Basta”ya Müsavat Partiyasının mətbuat xidmətindən məlumat verilib.

***

İyunun 15-də Xarici İşlər Nazirliyinin qarşısında aksiya keçirdiyi üçün saxlanılan müsavatçı Əziz Şahinoğlu Qəhrəmanov bu gün 27-ci polis bölməsindən Yasamal Rayon Məhkəməsinə aparılıb.

Bu haqda “Basta”ya Müsavat Partiyası mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, məhkəmədə iştirak etmək istəyən müsavatçılar zala buraxılmayıb və proses qapalı keçirilir.

Onun polisə müqavimətdə ittiham olunduğu deyilir.

Əziz Şahinoğlu Müsavat Partiyası Səbail rayon təşkilatının üzvüdür.

***

15.09.2018

Ermənistana müharibə tələb edən müsavatçı saxlanıldı

Bu gün Müsavat Partiyasının üzvü Əziz Şahinoğlu Qəhrəmanov Xarici İşlər Nazirliyi qarşısında təkbaşına aksiya keçirdiyi üçün saxlanılıb.

Bu haqda “Basta”ya onun oğlu Ceyhun Qəhrəmanov məlumat verib.

Məlumata görə, müxalifət fəalı “XİN mənasız sülh danışıqlarını durdurun! Düşmənlə müharibə dili ilə danışın!” şüarını qaldırıb, hadisə yerinə gələn polis onu 29-cu polis bölməsinə aparıb.

Polis bölməsindən müxalifətçinin aqibəti haqda məlumat almaq mümkün olmayıb. Əziz Şahinoğlunun telefon nömrəsinə 5 saata yaxındır zəng çatmır.

Qeyd edək ki, Əziz Şahinoğlu ötən il müxalifətin mitinqində iştirak etdiyi  üçün 20 sutka müddətinə azadlıqdan məhrum edilib. 

 

 

Bastainfo.com