Əlikram Xurşidov həbsxanada vərəmə yoluxmamaq üçün ancaq quru çörək yeyir

Xələcdəki 5 saylı cəzaşəkmə müəssisəsində vərəm və digər xəstəliklər yayıldığı üçün, orada saxlanılan Müsavat Partiyası Şirvan rayon təşkilatının sədri, siyasi məhbus Əlikram Xurşidov bir həftədən artıqdır ancaq quru çörək yeyir. 

Bu haqda “Basta”ya Müsavatın Şirvan rayon təkilatından məlumat verilib. Bildirilir ki, təcridxana rəhbərliyi buna görə Əlikram Xurşidova təzyiq edir.

Əlikram Xurşidov Şirvan Rayon Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, müxalifətçilər üçün ənənəvi olan Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 maddələri ilə (xuliqanlıq) təqsirli bilinib. Müsavat Partiyası bu ittihamların uydurma olduğunu, Əlikram Xurşidovun şərləndiyini bəyan edib. 

 

Bastainfo.com