Bakı Şəhər İcra Hakimiyyəti yağışın fəsadlarına görə “Azərsu”-yu ittiham etdi

Bakı Şəhər İcra Hakimiyyəti bazar günü şəhərin mərkəzi küçələrini su basmasına görə məsuliyyəti “Azərsu” ASC-nin üzərinə qoyub.

Bazar ertəsi İH-nin mətbuat xidmətinin məlumatında deyilir ki, ən çox şəhərin mərkəzi küçələrini və prospektləri, zirzəmiləri su basıb.

40 dəqiqə ərzində Bakıya 21 mm. (aylıq normanın 22%-i) yağıntı düşüb. Nərimanov rayonunda bu göstərici 191% olub.

Şəhər meriyası, “Azərsu” və FHN leysanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər görüblər. Leysan kəsilən kimi mərkəzi ərazilərdən su yığılıb, küçələr torpaq və zibildən təmizlənib.

Eyni zamanda bəzi təbii səbəblərlə yanaşı, texniki səbəblər də olub, əsasən son illər ucaldılan çoxsaylı hündürmərtəbəli binalar, məlumatda deyilir.

Digər tərəfdən, “Azərsu”yun (supaylaşdırıcı və kanalizasiya sistemi üzrə operator) kollektorlarının boyük həcmdə suyu qəbul etməyə gücü çatmayıb.

Nerftçilər prospekti boyunca kollektora yağış sularının nəqli üçün evakuasiya xətlərinin gec açılması da əlavə problem yaradıb. “Azərsu” gələcəkdə bu cür hallara yol verməmək üçün əlavə tədbirlər görməlidir, məlumatda qeyd olunur.

Turan