Rusiyanın kosmik gəmisi partladı

Bu gün, oktyabrın 11-də Qazaxstanda Rusiyaya məxsus “Soyuz MC-10 FQ” raketi Baykonurdan havaya qalxarkən qəzaya uğrayıb. 

“İnterfaks” xəbər verir ki, qəza uçuşa start veriləndən 119 saniyə sonra baş verib. Kosmik gəmi raket-daşıyıcıdan ayrılan zaman ikiyə bölünüb, və sonra partlayıb. 

Kosmik gəmidə iki nəfərdən ibarət ekipaj olub. “Roskosmos”un kosmonavtı Aleksey Avçinin və NASA-nın astronavtı Nik Heyq katapult ediblər və paraşüt vasitəsi ilə start nöqtəsindən təqribən 600 kilometr aralıda yerə eniblər. Onları xəsarət almadığı bildirilir.

Qəzanın səbəbləri araşdırılır. İlkin versiya kimi texniki nasazlıq göstərilir.

Kosmik gəminin raket daşıyıcısı ilə birgə təqribən 2 milyard dollara başa gəldiyi bildirilir.

Qeyd edək ki, 2017-ci ilin dekabr ayında Rusiyanın “Soyuz MC-07” raketi də startdan 3 dəqiqə sonra qəzaya uğramışdı. 

 

Bastainfo.com