Nemət Pənahlı həbs olundu

Dünən AMDP sədri Nemət Pənahlı həbs olunaraq Nəsimi rayon 21-ci polis bölməsinə aparılıb. Ailə üzvlərindən birinin “Basta”ya verdiyi məlumata görə, daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində inzibati qaydada 30 sutka həbs qərarı çıxarıb.  

O, hazırda BŞBPİ-nin Binəqədi rayonundakı Müvəqqəti Saxlama Təcridxanasındadır.

Hüquq müdafiəçiləri hesab edir ki, Nemət Pənahlının həbs olunması, onun hakimiyyət əleyhinə sərt çıxışları ilə əlaqədardır.

 

Bastainfo.com