MSDM-də Güney Azərbaycan müzakirələri: “Güneylilər dəfələrlə soyqırıma məruz qalıblar” – Video

Bu gün Milli Strateji Düçüncə Mərkəzi “Cümhuriyyәtimizin 100-cü ili vә Güney Azәrbaycan gerçәklәri” mövzusunda müzakirələr keçirib.

MSDM-in sədri İsa Qəmbər giriş sözü ilə tədbiri açdıqdan sonra Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) təşkilatının sədri Əjdər Tağızadə geniş məruzə ilə çıxış edib.

Müzakirələrdə Müsavat başqanı Arif Hacılı, AXDP sədri Rafiq Turabxanoğlu, Mirfazil Həmid, Nizami Təhməzov, Müsavat təmsilçiləri Almaz Əliqızı, Sevinc Hüseynova, Razim Əmiraslanlı, Elman Fəttah, Arzu Səmədbəyli, Valeh Hümmətoğlu, Könül Alı və digərləri iştirak ediblər.

 

Video: Vətən Hüseynli

Foto: Könül Alı

Bastainfo.com