Arif Hacılı üçrəngli bayrağın parlamentə gətirilməsi təklifi ilə bağlı faktlar açıqladı

1989-cu illdə AXC yaranandan sonra üçrəngli bayraq əslidə təşkilatımızın rəsmi bayrağı idi. 1990-cı ildə seçilən parlamentin sovet bayrağı və Leninin büstü ilə açılan ilk iclasındakı ilk çıxışımda üçrəngli bayrağımızın parlamentə gətirilməsini təklif etdim.

Müsavat başqanı Arif Hacılı üçrəngli bayrağın Azərbaycan parlamentinə gətirilməsi ilə bağlı maraqlı faktlar açıqlayıb. 

Bu barədə özünün “Facebook” səhifəsində status yazan Arif Hacılı bildirib, “18 ci ildə Rəsulzadə tərəfindən qaldırılan, Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət bayrağı olan üçrəngli bayrağımız 1988 ci ildə Azadlıq meydanında yenidən dalğalanmağa başladı. 1989-cu illdə AXC yaranandan sonra üçrəngli bayraq əslidə təşkilatımızın rəsmi bayrağı idi. 1990-cı ildə seçilən parlamentin sovet bayrağı və Leninin büstü ilə açılan ilk iclasındakı ilk çıxışımda üçrəngli bayrağımızın parlamentə gətirilməsini təklif etdim. Təklifim indi hakimiyyətdə təmsil olunan kommunistlər tərəfindən həqarətlə, fit çalmaqla, təpik döyməklə qarşılandı.”.

“… Bu həm də 1920- ci ilin aprelin 27 dən, 70 illik fasilədən sonra Azərbaycan parlamentində müsavatçı deputat tərəfindən edilən ilk çıxış idi. Sonralar çox məşhurlaşmış 4-cü mikrafondan ilk çıxış. Milli bayrağımızın bərpasının aparılan yalan təbliğat kampaniyasına baxmayaraq, nə 1991-ci ilul ayınadək kommunist partiyasının üzvü olaraq qalan Heydər Əliyevə, nə də bayrağımızın rəsmi qəbul olunmasına bacardıqları qədər müqavimət göstərmiş Ayaz Mütəllibova, onun komandasına dəxli yoxdur.”, -Arif Hacılı əlavə edib.

 

Bastainfo.com